​Estoniya prezidenti gənə hücumuna məruz qalıb

​Estoniya prezidenti gənə hücumuna məruz qalıb Hazırda Toomas Hendrik İlves müalicə olunur
Maraqlı
5 Sentyabr , 2015 06:32
​Estoniya prezidenti gənə hücumuna məruz qalıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Estoniya prezidenti Toomas Hendrik İlves meşədə gəzinti və göbələk yığımı zamanı gənə hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, həkimlər prezidentə Layma və ya gənə borreliozu xəstəliyi diaqnozu qoyublar.

Estoniya Prezidenti Dəftərxanasının mətbuat katibinin sözlərinə görə, Vilyandisk xəstəxanasının həkimləri yolxucu xəstəliyi hələ avqust ayında aşkar ediblər. Bundan sonra prezidentə xüsusi müalicə kursu təyin olunub. Hazırda dövlət başçısı müalicə kursu keçməklə yanaşı, xidməti vəzifəsini də davam etdirir.

Son xəbərlər

Orphus sistemi