​Əbu-Dabiyə dolu yağıb

​Əbu-Dabiyə dolu yağıb İki dəqiqədən bir qədər çox davam edən dolu yağışla əvəz olunub
Maraqlı
22 Fevral , 2015 17:48
​Əbu-Dabiyə dolu yağıb

Əbu-Dabi. 22 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bu yerlər üçün nadir hesab edilən təbiət hadisəsi müşahidə olunub.

"Report" xəbər verir ki, bu gün ölkəyə gələn şimal siklonu səbəbindən şəhərə dolu yağıb.

Temperaturun müsbət olması səbəbindən dolunun ölçüsü cüzi olub və tez əriyib. İki dəqiqədən bir qədər çox davam edən dolu sonradan yağışla əvəz olunub ki, bu da bu diyarlar üçün nadir hadisə hesab olunur.

Son xəbərlər

Orphus sistemi