Ebolaya qarşı təsirli vaksin tapıldı

Ebolaya qarşı təsirli vaksin tapıldı Vaksin Qvineyada 7.5 min nəfərin üzərində sınaqdan keçirilib
Maraqlı
31 İyul , 2015 22:46
Ebolaya qarşı təsirli vaksin tapıldı

Bakı. 31 iyul. REPORT.AZ/ Kanada hökümətinin dəstəyi ilə aparılan tibbi eksperementlər nəticəsində "Merck&Co" şirkətinin mütəxəssisləri ölümcül Ebola virusuna qarşı təsirli vaksin hazırlayıblar. "Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, vaksin Qvineyada 7.5 min nəfərin üzərində sınaqdan keçirilib.

Dünya Səhiyyə Təşkilatının nümayəndələri bildirib ki, yeni vaksin vəziyyəti bütövlüklə dəyişə bilər. Hazırda xəstəliyin müalicəsi və yoluxmanın qarşısını almaq üçün vaksindən dərman hazırlanma mərhələsindədir.

Virus, əsasən, Liberiya, Qvineya, Sierra-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 11 mindən çox insan epidemiyadan ölüb.

Ölüm halları, eyni zamanda, Konqo Demokratik Respublikası, Seneqal, İspaniya və Amerika Birləşmiş Ştatlarında da qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi