Dubayda ilk robot-polis işləməyə başlayacaq

Dubayda ilk robot-polis işləməyə başlayacaq Robot 2017-ci ildə istismara veriləcək
Maraqlı
18 Oktyabr , 2016 09:28
Dubayda ilk robot-polis işləməyə başlayacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dubayda ilk robot-polis 2017-ci ildə istismara veriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əmirlik şəhərinin mətbuat mərkəzindən bildiriblər.

Qeyd edək ki, daha əvvəl Dubay polisinin dörd il ərzində "robokop"lar təqdim edəcəyi xəbər verilmişdi.

Xatırladaq ki, ötən il Dubay polisi başqa bir hay-tek texnologiyadan - "Google Glass" texnologiyasından istifadəyə başlayıb. Onun köməkliyi ilə patrul polisi yollarda qaydaları pozanları qeydiyyat nömrələri üzrə asanlıqla müəyyənləşdirə bilir. 

Son xəbərlər

Orphus sistemi