​Donald Tramp ABŞ hərbçiləri arasında nüfuzuna görə Hillari Klintonu üstələyib

​Donald Tramp ABŞ hərbçiləri arasında nüfuzuna görə Hillari Klintonu üstələyib Hərbi xidmət keçən amerikalıların 54%-i milyarderi ölkənin baş komandanı kimi görmək istəyirlər
Maraqlı
10 May , 2016 04:42
​Donald Tramp ABŞ hərbçiləri arasında nüfuzuna görə Hillari Klintonu üstələyib

Bakı. 10 may. REPORT.AZ/ ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, milyarder Donald Tramp bu ölkənin hərbi qulluqçuları arasındakı populyarlığına görə rəqibi Hillari Klintonu qabaqlayır. "Report" xəbər verir ki, bu, ixtisaslaşdırılmış "Military Times" nəşrinin hərbçilər arasında keçirdiyi rəy sorğusunun nəticələrindən sonra üzə çıxıb.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, hərbi qulluqçuların əksəriyyəti ABŞ-ın növbəti prezidenti kimi Donalda Trampı üstün tuturlar. O, sorğularda rəqibi Hillari Klintonu iki dəfə qabaqlayıb.

Hərbi xidmət keçən amerikalıların 54%-i milyarderi ölkənin baş komandanı kimi görmək istədiklərini bildiriblər. Rəyi soruşulmuş hərbçilərin yalnız 25%-i sabiq dövlət katibini dəstəkləyiblər.

Bu arada respodentlərin 21%-i noyabrın 8-də keçiriləcək prezident seçkilərinə getməkdən imtina etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi