​Devid Bekhemin 8 il elanda qalan evi satılıb

​Devid Bekhemin 8 il elanda qalan evi satılıb Evin ümumi sahəsi 8 min kv. metr təşkil edir
Maraqlı
2 Sentyabr , 2015 05:02
​Devid Bekhemin 8 il elanda qalan evi satılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Məşhur ingilis futbolçusu Devid Bekhemin evi satışa çıxarıldıqdan 8 il sonra öz yeni sahibini tapıb.

"Report" xəbər verir ki, "Real"ın sabiq futbolçusunun mülkü Madridin La-Moralexa adlanan ərazisində yerləşir.

Futbolçu bura 2005-ci ildə öz ailəsi ilə birgə köçüb və sözügedən daşınmaz əmlaka 4,2 milyon avro vəsait sərf edib. Devid və həyat yoldaşı Viktoriya mülkün təmirinə əlavə olaraq 500 min avro xərcləyib.

Evdə beş yataq otağı, qapalı və açıq hovuz, tennis kortı, kiçik futbol meydançası və uşaqlar üçün istirahət zonası var. Onun ümumi sahəsi 8 min kvadrat metr təşkil edir.

Son xəbərlər

Orphus sistemi