​Comolonquma dağı irəliləyir və hündürləşir

​Comolonquma dağı irəliləyir və hündürləşir Nepaldakı zəlzələdən sonra dağ cənub-qərbə doğru 3 sm irəliləyib
Maraqlı
16 İyun , 2015 18:56
​Comolonquma dağı irəliləyir və hündürləşir

Bakı. 16 iyun. REPORT.AZ/ Comolonquma dağı (Everst) ildə 4 sm sürətlə şimal-şərqə doğru irəliləyir və 0,3 sm hündürləşir. "Report" xəbər verir ki, bu haqda Çinin Geodeziya və Kartoqrafiya Dövlət Bürosu məlumat yayıb.

Məlumata görə, son 10 ildə dağ 40 sm irəliləyərək, 3 sm hündürləşib.

Bu ilin aprelin 25-də Nepalda baş verən 8,1 bal gücündə zəlzələdən sonra hündürlüyündə dəyişilik olmasa da, dağ cənub-qərbə doğru 3 sm irəliləyib. Mayın 12-də baş vermiş zəlzələ isə onun irəliləməsi və hündürləşməsinə təsir göstərməyib.

Apreldəki yeraltı təkanlardan sonra Büro Tibet dağlarında işləyən 6 nəfərlik qrupa 10 il öncəki vəziyyətlə 2015-ci il mayın 10-13-dək olan göstəriciləri müqayisə etməyi tapşırıb. Yuxarıda qeyd edilən göstərici, bu müşahidələrin nəticəsidir.

Son xəbərlər

Orphus sistemi