Çində yaşı 1600 il olan məzarlıq aşkar edilib

Çində yaşı 1600 il olan məzarlıq aşkar edilib Məzarlar eyni ailəyə məxsusdur
Maraqlı
4 Sentyabr , 2016 17:54
Çində yaşı 1600 il olan məzarlıq aşkar edilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Çinin Szyansi əyalətində (Cənub-Şərqi Çin) yaşı ilkin qiymətləndirmələrə görə 1600 il olan məzarlıq aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə bazar günü Mərkəzi Çin Televiziyası məlumat yayıb.

Məzarlıq Nançan şəhərində tapılıb.

"Məzarlığın yerləşdiyi yer və aşkar olunan yazılar onların eyni soyadlı nəslə mənsub olduqlarını deməyə əsas verir", - deyə arxeoloq Xu Çjen bildirib.

O təəssüf hissi ilə qeyd edib ki, qəbirlər həm vaxt keçdiyinə görə, həm də vandallar tərəfindən zərər çəkib.

"Vaxtilə qəbirlər açılıb, torpağın qismən çökməsi isə onların vəziyyətini pisləşdirib. Məzarlıq elementlərinin yalnız cüzi hissəsi salamat qalıb", - deyə Xu Çjen söyləyib.

Şəhərin 2200 il yaşı var. O, eramızdan əvvəl 201-ci ildə Qan adlanıb, eramızın 589-cu ilində isə adı Xunçjouya dəyişdirilib. Şəhər əsrlər ərzində Çinin mədəniyyət mərkəzlərindən biri olub.

Son xəbərlər

Orphus sistemi