Bakı. 10 mart. REPORT.AZ/ Çinin cənubunda yerləşən Haynan ada əyalətinin 70 yaşlı sakini batmaqda olan iki uşağı xilas edə bilib, lakin özü batıb.
"Report" xəbər verir ki, yaşlı kişi üçüncü uşağı da sudan çıxartmağa cəhd göstərib.
Lakin, çox təəssüf ki, bu ona nəsib olmayıb. Uşaq batıb və xilaskarın özü də sahilə çıxa bilməyib.
Uşaqların təqribən 7-8 yaş aralığında olduğu bildirilir. Onlar olduqca uzağa getmələri səbəbindən batmağa başlayıblar. 70 yaşlı kişi bu məqamda yaxınlıqdan keçirmiş və o, dərhal suya atılıb.