Çində ev heyvanları üçün dünyanın ən böyük "klonlar fabriki" inşa ediləcək

Çində ev heyvanları üçün dünyanın ən böyük "klonlar fabriki" inşa ediləcək Fabrik xidməti və dekorativ itlərin, meymunların, iribuynuzlu mal-qaranın və at cinslərinin yetişdirilməsilə məşğul olacaq
Maraqlı
23 Noyabr , 2015 18:31
Çində ev heyvanları üçün dünyanın ən böyük klonlar fabriki inşa ediləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Çinin şimalında ev heyvanları üçün dünyanın ən böyük "klonlar fabriki" inşa ediləcək. Layihəyə 3 milyard yuan (470 milyon dollar) vəsait yatırılması planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə obyektin yerləşəcəyi Tyantszin iqtisadi inkişaf zonasının inzibatçılığı öz rəsmi saytında məlumat verib.

"Klonlar fabriki" xidməti və dekorativ itlərin, meymunların, iribuynuzlu mal-qaranın və at cinslərinin yetişdiliməsilə məşğul olacaq.

Klonlaşdırma mərkəzi "Boyalife Group" korporasiyası tərəfindən inşa olunacaq. Mərkəzdə həmçinin genlər deposu və muzey yaradılması da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi