​Cənubi Koreyada taksilərə qoruyucu şüşə taxılacaq

​Cənubi Koreyada taksilərə qoruyucu şüşə taxılacaq Sürücüsü qadın olan təxminən 35 taksiyə xüsusi vəsitədən hazırlanmış qoruyucu şüşə taxılıb
Maraqlı
8 Dekabr , 2014 23:12
​Cənubi Koreyada taksilərə qoruyucu şüşə taxılacaq

Bakı. 8 dekabr. REPORT.AZ/ Cənubi Koreyada qadın taksi sürücülərinin avtomobilinə xüsusi qoruyucu şüşə taxılacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, artıq Seul şəhər bələdiyyəsinin sürücüsü qadın olan təxminən 35 taksiyə xüsusi vəsitədən hazırlanmış qoruyucu şüşə taxdığı bildirilib.

Xərcinin 250 min von (təxminən 250 dollar) olduğu bildirilən şüşələrin çox qüvvətli çəkic zərbələrinə qarşı belə dayanıqlı olan PC-dən hazırlandığı və sürücüyə edilən hər hansı bir hücuma qarşı qoruma məqsədilə taxıldığı qeyd edilib.

Bələdiyyənin yaxın zamanlarda cəmiyyətin reaksiyalarını da nəzərə alaraq, bütün taksilərə qoruyucu şüşələr taxacağı ifadə edilib. Bu cür qoruma şüşələrinin xüsusilə qadın taksicilər tərəfindən müsbət qarşılanacağı ehtimal edilir.

Qeyd edək ki, təhlükəsizliklə əlaqədar problemlərin çox sıx yaşanmadığı Cənubi Koreyada taksi və avtobus sürücülərinin bəzən içkili vətəndaşların hücumuna uğrayır.

Son xəbərlər

Orphus sistemi