Bakı. 29 yanvar. REPORT.AZ/ Türkiyə prezidentinin Çankayadakı iqamətgahının divarından prezident emblemi sökülüb.
"Report" "CNNTurk"ə istinadən xəbər verir ki, buna səbəb prezidentin Beştəpədəki yeni iqamətgaha köçməsi göstərilib.
Məlumata görə, bundan sonra prezidentin Çankayadakı keçmiş iqamətgahından isə baş nazir istifadə edəcək.