Bakı. 24 mart. REPORT.AZ/ Türkiyədə çamadan ilə ölkə ərazisinə adam keçirtmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlama zamanı Gürcüstandan olan sərnişinin çamadanı Türkiyə gömrükçülərinə şübhəli gəlib.
Baxış zamanı onun içərisindən Türkiyə ərazisinə girişi qadağan edilən 22 yaşlı qız çıxıb. O, bu şəkildə qonşu ölkəyə keçməyə cəhd göstərib.