Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib

Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib Bakı. 27 dekabr. REPORT.AZ/ Britaniyalı Con Biden dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru Sakit okeanı diaqonal üzrə qət edib."Report...
Maraqlı
27 Dekabr , 2015 21:59
Britaniyalı avarçəkən Sakit okeanı ilk dəfə diaqonal üzrə keçib

Bakı. 27 dekabr. REPORT.AZ/ Britaniyalı Con Biden dünyada ilk dəfə Şimali Amerikadan Avstraliyaya doğru Sakit okeanı diaqonal üzrə qət edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 53 yaşlı Biden iyunun 1-də San Fransiskodan yola çıxaraq gündə 15 saat avar çəkib və 209 gün sonra 7400 mil məsafə qət edərək Avstraliyanın Kerns bölgəsinə çatıb.

O, bildirib ki, həftələr öncə Avstraliyanın şimal-şərqinə çatmağı planlaşdırıb, lakin pis hava şəraiti buna mane olub. 

"Bu miqyasda səyahəti başa vurmuş ilk adam olmaq inanılmazdır və mən hələ də buna inanmıram", - deyə o söyləyib.

Əslən İngiltərənin Şeffild şəhərindən olan Biden Kanadada yaşayır.

Biden 4 il öncə oxşar səyahəti Anlantik okeanında həyata keçirib.

Son xəbərlər

Orphus sistemi