​Braziliyada velosipedçi avtomobili əllə yolun kənarına çəkib - VİDEO

​Braziliyada velosipedçi avtomobili əllə yolun kənarına çəkib - VİDEO Videoya gün ərzində rekord sayda - 800 mindən artıq insan baxıb
Maraqlı
30 İyul , 2015 08:41
​Braziliyada velosipedçi avtomobili əllə yolun kənarına çəkib - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ Braziliyada görünməmiş hadisə baş verib. Öz yolu ilə gedən velosipedçi qarşısında avtomobil gördüyü zaman velosipeddən düşüb və maşını əlləri ilə qaldıraraq öz yolundan kənara çəkib.

"Report" xəbər verir ki, söhbət velosipedçinin arxa tərəfindən tutaraq qaldırıb kənara qoyduğu, çox da böyük olmayan "Fiat Uno" avtomobilindən gedir.

Bir çox şahidlər velosipedçinin bu jestini alqışlarla qarşılayaraq ona dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, "YouTube"da yerləşdirilən bu videoya gün ərzində 800 mindən artıq insan baxıb.

Son xəbərlər

Orphus sistemi