​Bodrumda tarixi məzarlıqlar aşkar edilib

​Bodrumda tarixi məzarlıqlar aşkar edilib Bəzi qəbirlərdən insan sümükləri və keramika əşyalar çıxarılıb
Maraqlı
8 Mart , 2015 06:44
​Bodrumda tarixi məzarlıqlar aşkar edilib

Bakı. 8 mart. REPORT.AZ/ Türkiyənin Bodrum bölgəsinin müxtəlif yerlərində son aylar ərzində tikinti üçün aparılan özülqazma işləri zamanı tarixi məzarlıqlar aşkar edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xüsusilə Bodrumun Arxeologiya Muzeyinin 10 nəfərdən ibarət komandası Kadıkalesi yaşayış məntəqəsində tikinti işləri başlamazdan öncə kub şəkilli 9 məzar aşkar ediblər.

Onların təqribən tunc dövrünə aid olduğunu ehtimal edilir.

Ellin dövrünə aid daha 9 məzar isə Bodrumun mərkəzində, Rəisoğlu Hacı Xəlil küçəsində tikinti üçün özül qazılan zaman üzə çıxıb.

Bəzi məzarlardan insan sümükləri və keramikadan hazırlanmış əşyalar çıxarılıb.

Bodrumun Şalvarağa yaşayış məntəqəsində aparılan tikinti işləri zamanı Ellin dövrünə aid qəbir aşkar edilib.

Son xəbərlər

Orphus sistemi