​Barak Obamanın qızı Harvard Universitetində təhsil alacaq

​Barak Obamanın qızı Harvard Universitetində təhsil alacaq 17 yaşlı Maliya orta məktəbi bu yazda bitirir
Maraqlı
2 May , 2016 02:39
​Barak Obamanın qızı Harvard Universitetində təhsil alacaq

Bakı. 2 May. REPORT.AZ/ABŞ prezidentinin böyük qızı Maliya Harvard Universitetində təhsil alacaq.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir: "Prezident və xanımı Mişel bu gün qızları Maliyanın 2017-ci ilin payızında Massaşuets ştatındakı Kembric şəhərində fəaliyyət göstərən Harvard Universitetində təhsil almağa başlayacaqlarını bildiriblər"

Məlumata görə, 17 yaşlı Maliya orta məktəbi bu yazda bitirir.

Xatırladaq ki, dövlət başçısı bir müddət əvvəl prezidentlik müddətini bitirdikdən bir qədər sonra da Amerika paytaxtında yaşayacağını bildirmişdi.

"Biz Vaşinqtonda daha iki il qalmağa hazırlaşırıq ki, Saşa (prezidentin kiçik qızı) məktəbi bitirə bilsib" - deyə Barak Obama bildirmişdi. O, əlavə etmişdi ki, təhsil müddətinin yarısında köçmək çətin məsələdir.

Son xəbərlər

Orphus sistemi