Bakı. 31 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Vaşinqtonda təyyarədən çıxarkən az qala trapdan yıxılacaqmış.
"Report" xəbər verir ki, Amerika lideri təyyarənin trapı ilə düşərkən ayağı qaçıb, lakin o, cəld məhəccərdən tutaraq tarazlığını saxlaya bilib.
Kiçik insidentdən sonra prezident aşağı enib. O, qolf oynamaq üçün getdiyi Floridadan qayıdırmış.