Bakı. 31 yanvar. REPORT.AZ/ Bakının Səbail rayonu ərazisində maraqlı hadisə baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər eyvanda sıxılmış vəziyyətdə qalan pişiyini xilas etmək istəyərkən köməksiz vəziyyətə düşüb.
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanına nərdivan vasitəsilə qalxaraq vətəndaşın xilas olunmasını təmin ediblər.