​Azərbaycanlı milyarderin oğlu Rusiyada ən varlı varisdir

​Azərbaycanlı milyarderin oğlu Rusiyada ən varlı varisdir "Forbes" jurnalı Rusiyanın 20 milyarder ailəsinin 47 varisi arasında mirasın bölüşdürülməsi ilə bağlı araşdırma aparıb
Maraqlı
19 May , 2016 11:02
​Azərbaycanlı milyarderin oğlu Rusiyada ən varlı varisdir

Bakı. 19 may. REPORT.AZ/ Rusiyanın ən varlı varisi "LUKoil" neft-qaz şirkətinin başçısı Vahid Ələkbərovun yeganə oğlu Yusuf Ələkbərovdur.

"Report" xəbər verir ki, bunu məşhur "Forbes" jurnalı açıqlayıb.

Məlumata görə, jurnal Rusiyanın 20 milyarder ailəsinin 47 varisi arasında mirasın bölüşdürülməsi ilə bağlı araşdırma aparıb. Varislərə azı 1,87 milyard dollar düşüb.

"Forbes"in hesablamalarına görə, Yusif Ələkbərov Rusiyada ən varlı varisdir. Ona 8,9 milyard dollarlıq var-dövlət qala bilər. Y.Ələkbərov 1990-cı ildə anadan olub. 

Rusiyanın "Yevroxim" və "SUEK" şirkətlərinin sahibi Andrey Melniçenkonun 4 yaşlı qızı Tara Melniçenko 8,2 milyardlıq varidatla ikinci yerdə qərarlaşıb.

Üçüncü yerdə "Novatek" və "Sibur" şirkətlərinin sahibi Leonid Mixelsonun 1992-ci ildə anadan olan qızı Viktoriya və adı dəqiqləşdirilməyən, bir yaşın içində olan oğlu gəlir. Onların hər birinə 7,2 milyard dollarlıq miras düşür. 

Son xəbərlər

Orphus sistemi