​Aya aparılan saat 1,6 milyon dollara satılıb

​Aya aparılan saat 1,6 milyon dollara satılıb Hərrac 12 dəqiqə sürüb
Maraqlı
24 Oktyabr , 2015 12:33
​Aya aparılan saat 1,6 milyon dollara satılıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Apollon-15" kosmik gəmisinin komandiri Amerikalı astronavt Devid Skott Aya enərkən qolunda olan "Bulova" markalı saat hərracda 1,6 milyon dollar satılıb.

"Report" xəbər verir ki, TASS məlumat yayıb.

Məlumata görə, hərrac 12 dəqiqə sürüb. Saatı Floridadan olan bir iş adamı alıb.

"Lunanın səthinə ayaq basanlar NASA-nın (Amerika Milli Kosmik Araşdırma İdarəsi) təqdimatı ilə ABŞ-da istehsal edilən "Omeqa" markalı xronoqrafdan istifadə ediblər. Ancaq "Bulova" Skottun diqqətini cəlb edir və bu zaman o, öz şəxsi saatından istifadə edir", - hərrac evindən bildirilib.

Qeyd edək ki, 1971-ci ilə avqustun 7-də "Apollon-15" kosmik gəmisi ilə amerikalı astronavtlar Devid Skott və Ceyms İrvin Aya uçublar. Onlar bu gəmidə 3 sutka Yerin peykində qalıblar. 

Son xəbərlər

Orphus sistemi