​Avstraliyada güclü külək təyyarələri aşırıb

​Avstraliyada güclü külək təyyarələri aşırıb Meteoroloqlar daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər
Maraqlı
27 Noyabr , 2014 22:00
​Avstraliyada güclü külək təyyarələri aşırıb

Bakı. 27 noyabr. REPORT.AZ/Avstraliyanın Brisben şəhəri təbii fəlakətlə üzləşib.

"Report" "Guardian" nəşrinə istinadən xəbər verir ki, güclü külək binalara ziyan vurub, avtomobil və yüngülmotorlu təyyarələri çevirib.

"Şəhərin cənub ətraflarında qolf topu ölçüsündə dolu və saatda 141 km sürətlə əsən güclü külək qeydə alınıb", - deyə ölkənin Meteorologiya Bürosunun məlumatında bildirilir.

Külək güclü leysan yağışları ilə müşayiət olunub.

Meteoroloqlar daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi