"Report" Agronews-a istinadən xəbər verir ki, Korrientes küçəsi boyunca masalar quraşrılıb və aşpazlar bir neçə saat ərzində şəhər sakinləri və qonaqlarına qeyri-adi yeməklər təqdim ediblər.
Braziliyalı aşpazlar isə aksiya çərçivəsində 50 metrlik pizza hazırlayıblar. Nəhəng pizzanın hazırlanması üçün böyük soba, həmçinin 8 aşpaz, 7 köməkçi, 100 könüllü, 100 kq əllə hazırlanmış xəmir, 50 kq Mosarella pendiri, 24 kq pomidor, 13 kq zeytun və sous tələb olunub.
Arzu edənlər pizzanın bir parçasını 0,5 dollardan da aşağı qiymətə ala biliblər.