Bakı. 4 noyabr. REPORT.AZ/ Amerikalı Brianna Tompson tullanış zamanı son dərəcə riskli və təhlükəli məharət nümayiş etdirib - havada öz paraşütünü yandırıb.
"Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatında yay məktəbinin təlimatçısı olan Tompson təyyarədən tullanan kimi üzərindəki fişəng atan tapança ilə öz paraşütünə atəş açıb.
O, dərhal sonra ehtiyat paraşütünü açıb və uğurlu eniş edib.