Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir

Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir Paraşütlə 18 mindən çox tullanış həyata keçirən idmançı bu dəfə 7,6 km hündürlükdən paraşütsüz düşmək istəyir
Maraqlı
30 İyul , 2016 09:49
Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir

Bakı. 30 iyul. REPORT.AZ/ ABŞ-dan olan peşəkar paraşütçü Lyuk Aykins təyyarədən paraşütsüz tullanmaq niyyətində olduğunu bildirib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, paraşütlə 18 mindən çox tullanış həyata keçirən ekstremalçı bu dəfə 7,6 km hündürlükdən paraşütsüz atılmaq və 20 mərtəbəli bina hündürlüyündə yerləşdirilmiş tora düşmək istəyir. Özü də tullanış zamanı skaydayver heç bir xüsusi kostyumdan istifadə etməyəcək, onun ixtiyarında yalnız GPS-naviqator olacaq.

Məlumata görə, daha əvvəl belə tullanışı 90 kq-lıq maniken həyata keçirib və o, toru yırtaraq aşağı yuvarlanıb.

Qeyd edək ki, L.Aykinsin tullanışını, uçuşunu və enişini "Fox" telekanalının canlı efirində izləyicilərinə təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi