​Amerikada ölü qaz yağışı yağıb

​Amerikada ölü qaz yağışı yağıb Quşlar yolxucu xəstəliyin qurbanı olublar
Maraqlı
25 Mart , 2015 04:28
​Amerikada ölü qaz yağışı yağıb

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-da ölü qaz yağışı yağıb. Aydaho ştatı sakinlərinin başına iki min ölü qaz düşüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu, ABŞ-ın bir neçə ərazisini əhatə edən quş vəbası epidemiyası səbəbindən baş verib.

Bu xəstəlik insanlar üçün böyük təhlükə kəsb etmir, lakin ətraf mühit lələklilərin meyitlərinin toplandığı yerlərdə açıq-aydın təmiz olmayacaq.

Böyük qaz dəstəsi Alyaskanın şimal sahillərinə uçuş zamanı ölüblər.

Laboratoriya analizləri onların yolxucu xəstəliyin qurbanı olduqlarını təsdiq edib.

Son xəbərlər

Orphus sistemi