"AirAsia" şirkətinin pilotu təyyarəni səhvən Malayziya paytaxtı yerinə Melburnda endirib

"AirAsia" şirkətinin pilotu təyyarəni səhvən Malayziya paytaxtı yerinə Melburnda endirib İnsident pilotin diqqətsizliyi səbəbindən baş verib
Maraqlı
7 Sentyabr , 2016 15:15
AirAsia şirkətinin pilotu təyyarəni səhvən Malayziya paytaxtı yerinə Melburnda endirib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Malayziyanın "AirAsia" aviaşirkətinin təyyarəsi pilotun diqqətsizliyi səbəbindən Malayziyanın paytaxtı Kuala-Lumpur əvəzinə Avstraliyanın Melburn şəhərində eniş edib. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Nəqliyyat Təhlükəsizliyi Bürosunun hesabatında deyilir.

İnsident ötən ilin mart ayında baş verib, lakin hadisənin araşdırılmasının məlumatları yalnız indi dərc olunub.

"AirAsia" aviaşirkətinin "Airbus "A330" təyyarəsi 2015-ci il martın 10-da Sidneydən Kuala-Lumpura uçub. Uçuş zamanı təyyarənin ekipajı naviqasiya sistemində problemlər müəyyən edib, lakin pis hava şəraiti səbəbindən təyyarə Sidneyə qayıda bilməyib. Nəticədə kapitan təyyarəni səhv vəziyyətə gətirib, bu da naviqasiya sisteminə təsir edib və pilotlar başqa istiqamətdə uçduqlarını bilməyiblər. 

Son xəbərlər

Orphus sistemi