​Vəhşi təbiət daha bir heyvan növündən məhrum olub

​Vəhşi təbiət daha bir heyvan növündən məhrum olub ABŞ-da sonuncu erkək ağ kərkədan ölüb
Maraqlı
16 Dekabr , 2014 04:03
​Vəhşi təbiət daha bir heyvan növündən məhrum olub
Bakı. 16 dekabr. REPORT.AZ/Anqalifu ləqəbli ağ kərkədan 44 yaşında qocalıqdan ölüb.

"Report" xəbər verir ki, indi kərkədanların bu növünün nəsli kəsilməyə məhkumdur.

Hazırda yer üzərində bu heyvan növünün yalnız beş nümayəndəsi qalıb ki, onların da hamısı dişidir və Keniya qoruğunda yaşayır. Vəhşi təbiətdə onlara artıq rast gəlinmir.

Bütün şimal kərkədanları brakonyerlərin qurbanı olub. Məsələ burasındadır ki, bu heyvanın buynuzu on minlərlə dollara satılır. Onların satışından əldə olunan gəlir narkotik ticarəti ilə müqayisədə daha çoxdur.

Bu məhsulun alıcıları isə, bir qayda olaraq şərqi asiyalılardır. Onlar inanırlar ki, bu buyuzlar bütün xəstəliklərə şəfa verir.

Son xəbərlər

Orphus sistemi