ABŞ Fransa şirkətini 772 milyon dollar cərimələdi

ABŞ Fransa şirkətini 772 milyon dollar cərimələdi Bu, ABŞ tarixində xarici şirkətin rüşvət haqda qanunları pozmasına görə ən böyük cərimədir
Maraqlı
22 Dekabr , 2014 22:07
ABŞ Fransa şirkətini 772 milyon dollar cərimələdi
Bakı. 22 dekabr. REPORT.AZ/ Fransanın Alstom SA şirkəti İndoneziyada, Hindistanda, Çində tenderləri udmaq üçün rüşvət verməkdə günahkar bilinib və ABŞ Ədliyyə Nazirliyi ilə problem həll etmək üçün 772 milyon dollar cərimə verməlidir.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ tarixində xarici şirkətin rüşvət haqda qanunları pozmasına görə ən böyük cərimədir.

Bazar ertəsi Britaniyada da Alstom şirkətinin 2 işçisi Britaniyanın Ağır Saxtakarlıq Ofisi tərəfindən 2002-ci ildən 2010-cu ilə kimi rəsmiləri rüşvətləələ almaqda günahkar bilindi.

Son xəbərlər

Orphus sistemi