​ABŞ-da lotereyada 63 milyon dollar udan şəxs axtarılır

​ABŞ-da lotereyada 63 milyon dollar udan şəxs axtarılır Son gözləmə müddəti cümə günü başa çatıb
Maraqlı
6 Fevral , 2016 07:56
​ABŞ-da lotereyada 63 milyon dollar udan şəxs axtarılır

Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında keçirilən "SuperLottoPlus" lotereya oyununun təşkilatçıları 63 milyon dollar məbləğində uduş əldə etmək hüququ verən xoşbəxt biletin sahibini axtarmağa başlayıblar.

"Report" xəbər verir ki, son gözləmə müddəti cümə günü ABŞ-ın Sakit okean sahili vaxtı ilə 17:00-da (Bakı vaxtı ilə 6 fevral 05:00-da) başa çatıb.

Təşkilatçılar müstəsna olaraq növbəti həftənin də başa çatmasını gözləməyə hazırdırlar.

"Biz yenə də ərizələri nəzərdən keçiririk. Güman edirəm ki, bu proses gələn həftə də davam edəcək", - deyə "SuperLottoPlus" nümayəndəsi Aleks Traverso bildirib.

Əgər qalib tapılmasa ştat tarixində rekord olan 63 mln. dollar uduş Kaliforniya məktəblərinin ehtiyaclarının ödənməsinə sərf olunacaq.

Xoşbəxt bilet avqustun 8-də Los-Ancelesdə satılıb.

Son xəbərlər

Orphus sistemi