ABŞ-da hündürlüyünə görə ikinci göydələn satışa çıxarılıb

ABŞ-da hündürlüyünə görə ikinci göydələn satışa çıxarılıb 1973-cü ildə Sears Holdings riteylerinin mənzil qərargahı kimi tikilən bu bina 25 il ərzində ölkədə ən uca bina olub
Maraqlı
6 Mart , 2015 07:11
ABŞ-da hündürlüyünə görə ikinci göydələn satışa çıxarılıb

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-da ölkədə hündürlüyünə görə ikinci göydələn olan Willis Tower satışa çıxarılıb. Bu barədə məlumatlı mənbələrə əsaslanan Bloomberg agentliyi bildirib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəllər Sears Tower kimi tanınan Çikaqo göydələninin qiyməti təxminən 1,5 milyard dollar təşkil edə bilər. Hazırda binaya Lloyd Qoldman və Cozef Çetritin daxil olduğu investorlar qrupu sahibdir. 2004-cü ildə onlar göydələni MetLife kompaniyasından 841 milyon dollara almışdılar.

1973-cü ildə Sears Holdings riteylerinin mənzil qərargahı kimi tikilən bu bina 25 il ərzində ölkədə ən uca bina olub. Hündürlüyü 443 metr olan Willis Tower, eyni zamanda dünyanın ən uca göydələnləri sırasında 12-ci yerdə qərarlaşıb. Hər il binanı 1 milyondan çox turist ziyarət edir.

Son xəbərlər

Orphus sistemi