​ABŞ-da ən ağır boranını yetişdirən fermer 12 min dollar mükafat alıb

​ABŞ-da ən ağır boranını yetişdirən fermer 12 min dollar mükafat alıb Bu yarışma ABŞ-da "Hellouin bayramı" öncəsi keçirilir
Maraqlı
13 Oktyabr , 2015 10:01
​ABŞ-da ən ağır boranını yetişdirən fermer 12 min dollar mükafat alıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-da illik müsabiqədə ən ağır boranının (balqabaq) çəkisi 893,1 kq olub.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, boranını yetişdirən Oreqon ştatından olan fermerə 12 min dollar mükafat verilib.

Müsabiqədə isveçrəli bostançının rekordu təzələnməyib. Ötən ilki yarışmada onun becərdiyi balqabağın çəkisi bir tondan artıq olub.

Bu yarışma ABŞ-da "Hellouin bayramı" ("Müqəddəslər gününün ərəfəsi") öncəsi keçirilir. Müsabiqədə "ən gözəl" boranı da seçilib. Bundan başqa, rənginə, formasına və ölçüsünə görə də "qalib" balqabaqlar elan olunub.

Xatırladaq ki, "Hellouin bayramı" hər il oktyabr ayında keçirilir. Bu İrlandiya və Şotlandiyadakı kelt tayfasının bayramıdır. Həmin gün müqəddəslərin ruhları qorunur, pis ruhları qovmaq üçün müxtəlif maskalar taxılır. Boranı da öz əcaib görünüşünə görə, həmin qorxulu ruhların qovulmasında istifadə edilən vasitələrdən sayılır. 

Son xəbərlər

Orphus sistemi