​ABŞ aviaşirkəti müsəlman stüardessanı spirli içkidən imtinaya görə işdən çıxardıb

​ABŞ aviaşirkəti müsəlman stüardessanı spirli içkidən imtinaya görə işdən çıxardıb Qadının həmkarları ondan müdiriyyətə şikayət ediblər
Maraqlı
6 Sentyabr , 2015 19:17
​ABŞ aviaşirkəti müsəlman stüardessanı spirli içkidən imtinaya görə işdən çıxardıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların "ExpressJet" aviaşirkətində stüardessa işləyən müsəlman Çari Stenli sərnişinlərə spirtli içki aparmaqdan imtina etdiyinə görə işdən çıxardılıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, qadın işə qəbul olunan zaman göyərtədə sərnişinlərə spirtli içki apara bilməyəcəyi barədə öncədən xəbərdarlıq edib.

Məlum olub ki, stüardessadan həmkarları tərəfindən müdiriyyətə şikayət olunub.

Avqustun 25-də "ExpressJet" şirkəti öz əməkdaşına məktub ünvanlayaraq bildirib ki, o, bir il müddətinə işdən kənarlaşdırılıb və yaxşı olar ki, özünə yeni iş yeri axtarsın.

Son xəbərlər

Orphus sistemi