ABŞ alimləri insan ömrünün uzadılmasına nail olduqlarını açıqlayıblar

ABŞ alimləri insan ömrünün uzadılmasına nail olduqlarını açıqlayıblar ​Alimlər: "238 gen məhv edilsə, insan ömrü uzana bilər"
Maraqlı
14 Oktyabr , 2015 14:38
ABŞ alimləri insan ömrünün uzadılmasına nail olduqlarını açıqlayıblar

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ alimləri insan ömrünün uzadılmasına nail olduqlarını açıqlayıblar. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri 10 illik araşdırmanın sonunda müsbət nəticə əldə etdikləri qənaətinə gəliblər. 

Alimlərin araşdırması nəticəsində 238 genin insanın qocalmasına təsir etdiyi müəyyənləşib. Onların fikrincə, həmin genlərin məhv ediləcəyi təqdirdə hüceyrələrin ömrü 60 faiz artacaq.

Çörək mayası bakteriyaları və qara soxulcanların üzərində aparılan araşdırmaya görə, qocalıq prosesində 3 gen mühüm rol oynayır. Onlardan lOS1 geni hüceyrə inkişafında həlledici rola malikdir. Bu gen hüceyrə inkişafını tənzimləyən mTor geni və DNT-də yaranan zədələri təmir edən Gcn4 geni ilə əlaqəli fəaliyyət göstərir.

Elm adamları deyiblər ki, ən əsas da lOS1 geninin məhv edilməsinin ömrün uzadılmasında vacib əhəmiyyət daşıdığını sübuta yetiriblər. 

Son xəbərlər

Orphus sistemi