​Ziyad Səmədzadə: "Neftin ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edib"

​Ziyad Səmədzadə: "Neftin ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edib" Milli Məclisin komitə sədri: "Müəyyən valyuta ehtiyatlarını saxlamalıyıq"
Maliyyə
19 Yanvar , 2016 12:43
​Ziyad Səmədzadə: Neftin ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edib

Bakı. 19 yanvar.REPORT.AZ/ Dünya bazarında neft ötən dövrdə 4 dəfə ucuzlaşıb ki, bu da Azərbaycanda dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.

"Report"un verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxışında bildirib: "Bəzən ajiotaj yaradanlar olur. Amma bildiyimiz kimi, ailə sıxıntı hiss edəndə xərcləri optimallaşdırır. Ölkədə 9 mlrd. manata yaxın əmanətlər, 6 mln. nəfərə yaxın əmanətçimiz var. Bu, ökədə sosial siyəsətin uğurla həyata keçirilməsinin göstəricisidir".

"Neftin qiymətinin düşməsi ilə bağlı valyuta ehtiyatlarımızın bir hissəsini itirdik. Müəyyən valyuta ehtiyatlarını saxlamalıyıq. Hazırda 40 mlrd. dollar həcmində - kifayət qədər valyuta ehtiyatı var. Bu gün valyuta ehtiyatlarının həcmi dollarla ÜDM-in həcminə bərabərdir. Bu da ən yüksək göstəricilərdəndir", - deyə Z.Səmədzadə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi