Ziyad Səmədzadə: "Kommersiya bankları real sektora üstünlük verməlidir"

Ziyad Səmədzadə: "Kommersiya bankları real sektora üstünlük verməlidir" İpoteka kreditlərinin əsas hissəsinin regionlara yönəldilməsi təklif olunur
Maliyyə
10 Fevral , 2016 12:48
Ziyad Səmədzadə: Kommersiya bankları real sektora üstünlük verməlidir

Bakı. 10 fevral. REPORT.AZ/ Kommersiya bankları kreditləşmədə real sektora üstünlük verməlidir, ipoteka kreditlərinin isə böyük hissəsi regionlara yönəltməlidir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadənin sözlərinə görə, hazırda real sektorda kredit faizlərinin azaldılması gündəmdə olan məsələdir.

Komitə sədri deyib ki, 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikl\rlə bağlı layihənin tezliklə parlamentə təqdim edilməsi gözlənilir: "Rəqabət Məcəlləsinin layihəsi bir neçə il öncə gündəmə gəlib və bununla bağlı işlər gedir. Bəzi mübahisəli məslələr var və onlar həll ediləndən sonra Məcəllə qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi