​"Zaminbank"ın mənfəəti kəskin artıb

​"Zaminbank"ın mənfəəti kəskin artıb Bank gəlirlərini 18% artırıb, xərclərini isə 7% azaldıb
Maliyyə
17 May , 2016 15:14
​Zaminbankın mənfəəti kəskin artıb

Bakı. 17 may. REPORT.AZ/ "Zaminbank" ASC cari ilin birinci rübündə 2 003,06 min manat həcmində mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, birinci rübdə "Zaminbank"ın gəlirləri 6 026,22 min manat, xərcləri 4 023,16 min manat olub. Nəticədə illik müqayisədə gəlirlər 18,4% artıb, xərclər isə 7,22% azalıb.

Hesabat dövründə faiz gəlirləri 15,9% azalaraq 7 375,98 min manata, faiz xərcləri 7,2% azalaraq 2 504,76 min manata enib. Bununla yanaşı, Bankın qeyri-faiz zərəri 2,7 dəfə azalaraq -1 349,76 min manata, qeyri-faiz xərcləri 7,3% azalaraq 1 518,4 min manata enib.

Son xəbərlər

Orphus sistemi