"Zaminbank"da problemli kreditlər azalıb

"Zaminbank"da problemli kreditlər azalıb Bank son bir ildə istehlak kreditləşməsini 12% azaldıb
Maliyyə
16 Fevral , 2016 17:05
Zaminbankda problemli kreditlər azalıb

Bakı. 16 fevral. REPORT.AZ/ "Zaminbank" ASC-nin aktivlərinin həcmi illik müqayisədə 7,17% artaraq 2016-cı il yanvarın 1-nə 484,3 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kredit portfeli 4,7% azalaraq 303,2 mln. manat olub. Kredit portfelinin 24,2 mln. manatı xarici valyutada, 279,9 mln. manatı yerli valyutada verilib.

İstehlak kreditləşməsində isə əksinə, artım müşahidə olunub. İstehlak kreditlərinin həcmi 11,93% artaraq 191,3 mln. manata yüksəlib.

Hesabata əsasən, cari ilin yanvarın 1-nə kreditlərin 13,2 mln. manatının ödəniş vaxtı keçib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,05% azdır.

Depozit portfeli 2 dəfə artaraq 43,4 mln. manatdan 87 mln. manata çatıb. Depozit portfelinin 71,6 mln. manatı xarici valyuta, qalanı isə manatda yerləşdirilib.

Qeyd edək ki, cari il yanvarın 1-nə "Zaminbank"ın nizamnamə kapitalı 52,2 mln. manat, məcmu kapitalı 56,3 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi