​“Zaminbank” ASC səhmlərinin yerləşdirilmə müddətini artırıb

​“Zaminbank” ASC səhmlərinin yerləşdirilmə müddətini artırıb Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın “Zaminbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 2014-cü il 17 mart tarixli iclası...
Maliyyə
29 Avqust , 2014 16:44
​“Zaminbank” ASC səhmlərinin yerləşdirilmə müddətini artırıb
Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın “Zaminbank” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 2014-cü il 17 mart tarixli iclasının qərarı ilə bankın səhmlərinin yerləşdirilmə müddəti artırılıb.

Bakı Fond Birjasından “Report”a verilən məlumata görə, qərara əsasən, 2013-cü il 24 sentyabr tarixində AZ1001005136 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti bu ilin sentyabrın 24-dək uzadılıb.

Bununla əlaqədar sözügedən səhmlərin emissiya prospektinin 13-cü bəndinə müvafiq dəyişikliklər edilib və həmin dəyişikliklər QKDK tərəfindən nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi