Zakir Nuriyev: "Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur"

Zakir Nuriyev: "Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur" Bu marja möhtəkirlik məqsədi ilə valyutanın alınaraq saxlanılmasının qarşısını alır
Maliyyə
16 Sentyabr , 2016 12:46
Zakir Nuriyev: Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda nağd valyutanın alqı-satqısı ilə bağlı 4%-lik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu marja həm bazar iştirakçılarının möhtəkirlik məqsədi ilə valyuta alıb saxlamasının qarşısını alır: "Bankları isə əllərindəki valyutanı 4%-lik marjanı nəzərə alaraq satışa çıxarmağa stimullaşdırır".

Xatırladaq ki, bu ilin yanvarın 13-də valyuta mübadiləsi zamanı kommersiya banklarının tətbiq etdiyi marja 2%-dən 4%-dək artırılıb.

***

Z.Nuriyev rəhbərlik etdiyi qurumun Azərbaycan Mərkəzi Bankına valyuta dəhlizinin müəyyən edilməsi ilə bağlı vaxtı ilə etdiyi təklif barədə də danışıb. Onun sözlərinə görə, bu təklif xarici təcrübə nəzərə alınmaqla irəli sürülüb: “Bu cür təkliflər Azərbaycanda Maliyyə Sabitliyi Şurası tərəfindən nəzərdən keçirilir, ölkəyə uyğundursa, tətbiq edilir. Biz sadəcə təkliflərimizi veririk”.

Son xəbərlər

Orphus sistemi