​Yuri Yakovlev: "Bank VTB (Azerbaijan)" Azərbaycan və Rusiyadakı təsisçiləri tərəfindən daim dəstəklənir"

​Yuri Yakovlev: "Bank VTB (Azerbaijan)" Azərbaycan və Rusiyadakı təsisçiləri tərəfindən daim dəstəklənir" İdarə Heyətinin sədri: "Bankın hazırkı maliyyə dayanıqlığı yüksəkdir"
Maliyyə
12 Avqust , 2015 12:20
​Yuri Yakovlev: Bank VTB (Azerbaijan) Azərbaycan və Rusiyadakı təsisçiləri tərəfindən daim dəstəklənir

Bakı. 12 avqust. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev Bankın hazırkı maliyyə dayanıqlığının yüksək olduğunu bildirib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın ən böyük holdinqlərindən biri olan "AtaHolding" Bankın əsas səhmdarlarından biridir: "Bankın hazırda hər hansı maliyyə çətinliyi yoxdur. Hətta izafi maliyyə vəsaitləri var ki, onu da kredit şəklində yerləşdirməyə çalışırıq".

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "Bank VTB" ASC-nin törəmə bankı olaraq "VTB Group"a daxildir. Y.Yakovlev əsas təsisçi olan "Bank VTB"-nin xarici borcunun yüksək olmadığını, Rusiyanın aparıcı banklarından biri kimi inkişaf etdiyini xatırladıb. O, qeyd edib ki, "Bank VTB" ASC Rusiya Mərkəzi Bankı tərəfindən yüksək dəstəyə malik olan təşkilatdır. Təsisçi qurum isə Azərbaycandakı törəmə bankına daim dəstək verməyə hazırdır.

Y.Yakovlev əlavə edib ki, Qərbin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalar "Bank VTB (Azerbaijan)" ASC-nin kart sahibi olan müştəriləri üçün xarici səfərlər zamanı heç bir çətinlik yarada bilməz.

Son xəbərlər

Orphus sistemi