​Yunanıstanın yeni islahatlar planı avronu gücləndirib

​Yunanıstanın yeni islahatlar planı avronu gücləndirib Avronun möhkəmlənməsi prosesinin bir müddət davam edəcəyi gözlənilir
Maliyyə
21 Mart , 2015 13:31
​Yunanıstanın yeni islahatlar planı avronu gücləndirib

Bakı. 21 mart. REPORT.AZ/ Yunanıstan iflasdan qurtulmaq üçün tezliklə Avropa Birliyi ölkələrinin rəhbərlərinə yeni islahatlar planı təqdim edəcəyini açıqlayıb. "Report"un məlumatına görə, bu bəyanat Yunanıstan baş naziri Aleksis Çipras, Almaniya kansleri Angela Merkel və digər AB liderləri arasında Brüsseldə keçirilən görüşdən sonra səsləndirilib.

A.Çipras görüşdən sonra "artıq daha pozitivəm" deyib. Daha sonra o, "məncə, bütün tərəflər bu görüşlərdə Yunanıstanın qarşılaşdığı iqtisadi problemləri həll etməsi üçün əllərindən gələni əsirgəməyəcək", bildirib.

A.Merkel isə bildirib ki, Yunanıstan hökuməti islahatların vacibliyini anlayaraq yeni bir islahat paketi təqdim edəcək.

Yunanıstanın daha öncə təqdim etdiyi planı bəyənməyən AB ölkələri, ona veriləcək 240 mlrd. avroluq borcu iyun ayına qədər təxirə salacağını istisna etməyib.

Brüssel görüşünün müsbət keçməsi AB valyutasını, avronu gücləndirib. Nəticədə, avro martın 20-də liderlərin açıqlamalarından sonra digər valyutalara qarşı möhkəmlənib. Xüsusilə ABŞ dollarına qarşı cümə günü avronun məzənnəsi 1,52% artıb. Möhkəmlənmənin bir müddət davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi