​Yunanıstanın təklifi kreditorları razı salıb

​Yunanıstanın təklifi kreditorları razı salıb "Report": Avronun məzənnəsinin nisbətən artacağı proqnozlaşdırılır
Maliyyə
23 İyun , 2015 11:52
​Yunanıstanın təklifi kreditorları razı salıb

Bakı. 23 iyun. REPORT.AZ/ Avropa Komissiyasının sədri Jan Klod Yunker Yunanıstan hökumətinin ölkəsindəki borc böhranı ilə əlaqədar keçirilən müzakirələrdə təklif etdiyi yeni islahatlar variantının beynəlxalq kreditorlar tərəfindən müsbət qarşılandığını bəyan edib və bunun "böyük bir addım" olduğunu bildirib.

"Report"un məlumatına görə, Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri iyunun 24-də yenidən Brüsseldə Yunanıstan böhranının həlli üçün toplaşacaqlar.

Yunanıstanın Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Mərkəzi Bankı (AMB) tərəfindən 245 mlrd. avroluq maliyyə yardımının müddəti iyunun 30-da sona çatır. Elə həmin gün Yunanıstan BVF-yə 1,5 mlrd. avro həcmində borcunu ödəməlidir. Yunanıstan isə xəzinəsində bu vəsaitin olmadığını bəyan edib.

BVF borc ödənilmədiyi halda Yunanıstanın defolt elan ediləcəyini bildirib. Maliyyə yardımı proqramının uzadılması üçün rəsmi Afina bəzi radikal iqtisadi islahatlar aparmalıdır. Ancaq bu halda Yunanıstan əlavə olaraq 7,2 mlrd. avro həcmində yardım krediti ala biləcək.

"Report"un analitik qrupu qeyd edir ki, Yunanıstan kreditorlarla tam olmasa da, müəyyən müddətə anlaşma əldə edəcək. Nəticədə, avronun dünya bazarında möhkəmlənməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi