​Yunanıstan Avrozonadan ayrıla bilər

​Yunanıstan Avrozonadan ayrıla bilər "Goldman Sachs" Yunanıstanın Avrozonadan ayrılma riskinin xeyli artdığını bəyan edib
Maliyyə
2 Aprel , 2015 16:18
​Yunanıstan Avrozonadan ayrıla bilər

Bakı. 2 aprel. REPORT.AZ/ ABŞ-ın "Goldman Sachs" investisiya bankı Yunanıstanın Avrozonadan ayrılma riskinin xeyli artdığını bəyan edib. Yunanıstan kreditorlarla anlaşma əldə etsə belə, ölkənin ÜDM artımı ciddi zərbə alacaq və bu səbəbdən avrodan pul vahidi kimi istifadə imkansız olacaq.

"Report" xəbər verir ki, bu arada "Fitch" beynəlxalq reytinq agentliyi Yunanıstanın 4 bankının kredit reytinqini aşağı salıb. Belə ki, "National Bank of Greece", "Piraeus Bank", "Eurobank" və "Alphabank"ın reytinqi "B-"dan ölkənin suveren reytinqi səviyyəsinə - "CCC"yə endirilib. Bu bankların reytinqi üzrə proqnoz isə "neqativ" olaraq təsdiq edilib.

Qeyd edək ki, martın 27-də "Fitch" agentliyi Yunanıstanın kredit reytinqini aşağı salıb. 

İngilis versiyası Greece may leave Eurozone

Son xəbərlər

Orphus sistemi