Yerli sığorta şirkətlərinin aktuarları üçün təlim keçirilib

Yerli sığorta şirkətlərinin aktuarları üçün təlim keçirilib Sığorta tariflərinin hesablanması üzrə riyazi və proqram əsasları izah olunub
Maliyyə
7 Dekabr , 2015 18:21
Yerli sığorta şirkətlərinin aktuarları üçün təlim keçirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ofisində “Qeyri-həyat sığortası üzrə qiymətləndirmə” mövzusunda təlim keçirilib.

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, təlimin əsas istiqaməti avtonəqliyyat vasitələrinin sığortası üzrə difersifikasiyaları da əhatə etməklə sığorta tariflərinin hesablanması üzrə riyazi və proqram əsaslarının izahı olub. Aktuarlara sığorta tariflərinin hesablanması üzrə “Generalized Linear Models” (GLM) prinsipi izah olunub. Həmçinin, statistik hesablamaların aparılması üzrə dünyada ən çox istifadə edilən proqram təminatlarından biri olan “R studio” proqramı barədə məlumat verilərək, proqramın "GLM skript"dən istifadə qaydaları tədris edilib.

Təlim Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yerli sığorta şirkətlərinin aktuarları üçün təşkil olunub.

"GLM əsasında hesablama aparılarkən sığorta obyekti ilə bağlı bütün hallar nəzərə alınır. Misal üçün, avtomobil sığortası üzrə sürücünün yaşı, cinsi, avtomobilin modeli, rəngi və s. kimi detallı məlumatların statistikası daxil edilməklə, daha sonar “R studio” proqramının "GLM skript"dən istifadə etməklə məlumatlar emal olunur və sığorta tarifi avtomatik hesablanır", - məlumatda bildirilib. 

GLM – zərərlərin sayının, bir zərərin orta qiymətinin, böyük məbləğdə zərərlərin məbləğinin və sayının proqnozlaşdırılması üzrə Avropanın sığorta şirkətləri tərəfindən ən çox tanınan metoddur və ABŞ, Kanada, Yaponiya, Braziliya, Sinqapur, Malayziya kimi ölkələrin aktuariləri tərəfindən işdə istifadə edilir.

Qeyd edək ki, GLM-in ənənəvi metodlardan əsas üstünlüyü sığorta tariflərinin hazırlanması zamanı bütün halların nəzərə alınmasıdır.

Son xəbərlər

Orphus sistemi