​“YapıKredi Bank Azərbaycan” yeni depozit kampaniyası keçirir

​“YapıKredi Bank Azərbaycan” yeni depozit kampaniyası keçirir Bakı. 1 oktyabr. REPORT.AZ/ “YapıKredi Bank Azərbaycan” QSC 12 ay müddətinə minimum 250 manat depozit yatıran müştəriyə illik 1% daha çox, yəni 9% ...
Maliyyə
1 Oktyabr , 2014 16:47
​“YapıKredi Bank Azərbaycan” yeni depozit kampaniyası keçirir
Bakı. 1 oktyabr. REPORT.AZ/ “YapıKredi Bank Azərbaycan” QSC 12 ay müddətinə minimum 250 manat depozit yatıran müştəriyə illik 1% daha çox, yəni 9% gəlir əldə etmək imkanı verir. Bu barədə “Report”a bankın baş ofisindən məlumat verilib.

Kampaniya noyabrın 15-dək davam edəcək.

Müştərilər kampaniyadan yararlana bilmək üçün 12 ay müddətinə, ən azı 250 manat, maksimum isə 10 min manat məbləğində banka əmanət qoymalıdır. Kampaniya müddətində 12 aylıq əmanətə illik faiz veriləcək. Əmanət vaxtından əvvəl pozdurulduqda illik 0,25% ödəniləcək.

Son xəbərlər

Orphus sistemi