"YapiKredi Bank (Azerbaijan)" valyuta əmanətlərini ucuzlaşdırıb

"YapiKredi Bank (Azerbaijan)" valyuta əmanətlərini ucuzlaşdırıb Bankın Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur
Maliyyə
22 Oktyabr , 2016 11:10
YapiKredi Bank (Azerbaijan) valyuta əmanətlərini ucuzlaşdırıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ "YapıKredi Bank (Azerbaijan)" QSC ABŞ dolları və avroda qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb. Bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, hazırda "YapıKredi Bank (Azerbaijan)" 1 il müddətinə dollarla və avro ilə yerləşdirilən, faizlərin aylıq götürüldüyü əmanətlərə görə, 1,5% dividend ödəyir. İndiyə qədər bu göstərici 2,5% olub.

Bank 1 il müddətinə dollar və avro ilə qəbul etdiyi, faizləri müddətin sonunda ödədiyi əmanətlərin gəlirliliyini isə dəyişməyib və 2,5% saxlayıb.

Kredit təşkilatının Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində də dəyişiklik yoxdur.

Xatırladaq ki, "YapiKredi Bank Azerbaijan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 46 810 703,9 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 0,02 manat olan 2 340 535 194 səhm əsasında formalaşıb. Səhmlərin 99,8%-i Türkiyənin "YapıKredi Bank"ına, 0,01%-i "YapıKredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01%-i isə "YapıKredi Finansal Kiralama" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi