"YapiKredi Bank Azerbaijan"ın zərəri kəskin artıb

"YapiKredi Bank Azerbaijan"ın zərəri kəskin artıb Bu ilin əvvəlindən Bankın aktivləri 11% azalıb
Maliyyə
28 Oktyabr , 2016 13:35
YapiKredi Bank Azerbaijanın zərəri kəskin artıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ "YapiKredi Bank Azerbaijan" QSC-nin aktivləri ilin əvvəlindən 11,36% azalaraq 2016-cı il oktyabrın 1-nə 415 973,75 min manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilərə verilmiş kreditlərin həcmi 16% azalaraq 220 913,06 min manat olub. Kreditlərin 152 815,00 min manatı hüquqi şəxslərə, 68 098,06 min manatı fiziki şəxslərə verilib.

Bankın depozitlər üzrə öhdəlikləri 60% artaraq 72 259,37 min manata yüksəlib. Cari hesablar üzrə öhdəliklər isə 10,97% artaraq 152 327,11 min manata çatıb. Əhalinin əmanətləri 38,4% artaraq cari il oktyabrın 1-nə 92 245,48 min manat təşkil edib.

Bank bu ilin ilk 9 ayında 5 258,00 min manat zərər (vergilər ödənildikdən sonra) edib. Bu da öz növbəsində iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə zərərin 4 dəfədən çox artması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,6% azalma müşahidə olunub. 

Qeyd edək ki, "YapiKredi Bank Azerbaijan"ın ötən ilin yekununda 14 441,42 min manat həcmində bölüşdürülməmiş mənfəəti olub.

Son xəbərlər

Orphus sistemi