​"YapiCredi Bank Azerbaijan" yeni "cash-in" bankomatları quraşdırıb

​"YapiCredi Bank Azerbaijan" yeni "cash-in" bankomatları quraşdırıb Bu ATM-lər bankın bəzi filiallarında quraşdırılıb
Maliyyə
11 Noyabr , 2015 10:59
​YapiCredi Bank Azerbaijan yeni cash-in bankomatları quraşdırıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "YapiCredi Bank Azerbaijan" QSC yeni "cash-in" tipli ödəniş bankomatlarını müştərilərin istifadəsinə verib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "cash-in" bankomatları vasitəsilə müştərilər kassaya yaxınlaşmadan kredit borclarını və "Worldcard" borclarını ödəyə, hesablarına pul köçürməsi əməliyyatlarını nağd pulla həyata keçirə bilərlər. Bu terminallardan yalnız bank müştəriləri istifadə edə bilərlər. "Cash-in" tipli ATM-lər "Əhmədli", "Nərimanov", "Metro Park", "28 May", "Səbail" filiallarında quraşdırılıb.

"YapiCredi Bank Azerbaijan" bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. 

Son xəbərlər

Orphus sistemi