"YapiCredi Bank Azerbaijan" əmanətlər üzrə faiz dərəcəsini artırıb

"YapiCredi Bank Azerbaijan" əmanətlər üzrə faiz dərəcəsini artırıb Yeni kampaniya noyabrın 27-dək davam edəcək
Maliyyə
17 Noyabr , 2015 15:08
YapiCredi Bank Azerbaijan əmanətlər üzrə faiz dərəcəsini artırıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "YapiCredi Bank Azerbaijan" QSC yeni əmanət kampaniyasına başlayıb. Bank manat əmanətləri üçün illik faiz dərəcəsini 17%-ə qədər artırıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kampaniya noyabrın 27-dək bankda yerləşdirilən müddəti 1-12 ay, məbləği isə 250-100 000 manat olan əmanətlər üçün qüvvədədir. Kampaniya müddətində açılacaq əmanətlərə tətbiq edilən faiz dərəcəsi illik 13-17% təşkil edəcək.

Əmanətlər üzrə faizlər müddətin sonunda ödəniləcək. Kampaniyadan yeni əmanət yerləşdirmiş bütün müştərilər yararlana biləcək. Əmanətin vaxtından əvvəl ləğv edilməsi zamanı müştəri yalnız öz yerləşdirdiyi məbləğ və üzərindən illik 0,25% qazana bilər.

Son xəbərlər

Orphus sistemi